Interposta.Info

 

Bərdədə əlil arabasında olan piyadanı avtomobil vuraraq öldürdü - YENİLƏNİB + FOTO

Ölkə
 7-07-2023, 11:04     126

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində əlil arabasında olan şəxs hadisə yerində həyatını itirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyul ayının 6-da saat 22 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonunun ərazisindən keçən hissəsində sürücü - 1987-ci il təvəllüdlü, Bərdə rayon sakini Sadiq Sadıqov VAZ-2107 markalı avtomobillə əlil arabası ilə hərəkətdə olan 1951-ci il təvəllüdlü, Yevlax rayon sakini, I qrup əlil Hüseyn Əsgərovu vurub. Nəticədə H.Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü keçirilmiş tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

00:12

Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunun rayonun Cəyirli kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük avtomobili əlil arabası ilə yolu keçmək istəyən Hüseyn adlı şəxsi vurub.

Zərbənin təsirindən o, əks istiqamətdə hərəkətdə olan VAZ-2107 markalı avtomobilinə dəyib.

Əlil arabasında olan şəxs aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həyatını itirib.

“KamAZ” markalı yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26