Bu kəndlərin suyunu “Azərsu” yox, eşşəklər təmin edir (VİDEO)
Yardımlının Separadi kəndində insanları suyu hələ də ulaqla daşıyırlar.
Qaynarinfo-nun məlumatına görə, kənd sakinləri bu barədə sosial şəbəkələrdə də video müraciət paylaşıblar.
Onların yay gəldikdən sonra kənddə içməli su qıtlığının olduğunu dilə gətiriblər.
Sakinlər "Azərsu”nun vəzifəli şəxslərindən kəndi nəzarətə götürməyi, ən azından artizan quyuları ilə su təminatına şərait yaradılmasını tələb ediblər.
Kənd sakinlərindən biri bildirir ki, demək olar bütün günü ulaqlarla su daşımaqla məşğuldurlar: "Bizi illərdir aldadırlar ki, su çəkiləcək. Su boruları çəkilib. Amma 5 ildən artıqdır ki, borularından su gəlmir. Dəfələrlə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətinin keçmiş sədri Asif Əsgərovun qardaşı, Yardımlı rayonun icra başçısı Ayaz Əsgərova və digər dövlət qurumlarına müraciət ünvanlasaq da, şikayətimizə baxan olamayıb. Bizi isə yola verirlər. Su sahəsinə cavabdeh qurumlar isə hələ də bu cür kəndlərin su təminatı ilə bağlı hər hansı işlər görməyə cəhd etmirlər”.
Sosial şəbələlərdə həmçinin bildirilib ki, Tovuz rayonun Ağacqala kəndində də bu cür vəziyyət höküm sürür.
Qaynarinfo problemlə bağlı Yardımlı rayon İcra Hakimiyyətinə müraciət edib. Qurumdan bu barədə məlumat veriləcəyi bildirilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26