Interposta.Info

Sabir Abdullayev işdən çıxarıldı: "Qanun mənə qarşı çıxdı..."
 

Ölkə
 1-07-2023, 12:08     157

Xanəndə Sabir Abdullayevin müəllimlik fəaliyyətinə son verilib.

Qaynarinfo xəbər verir ki, sənətçi təqaüdə göndərilib.

"Qanun hamı üçün ali olmalıdır. Mən də işlədiyim zamanda qanuna hörmətlə yanaşdım, ona hörmət etdim. Deyəsən, qanun da bəzi insanlar kimi etibarsız olurmuş. Nəticədə qanun mənə qarşı çıxdı, pedaqoji fəaliyyətimdən uzaqlaşdırdı", deyə xanəndə bildirib.

Qeyd edək ki, Sabir Abdullayev uzun illər Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində, uşaq musiqi məktəblərində muğamları tədris edib. O, son olaraq Bakıdakı 11 saylı musiqi məktəbində çalışırdı. Bu ilin 15 aprelində sənətçinin 66 yaşı tamam olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26