Interposta.Info

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatı keçirilir

Ölkə / Manşet
 19-06-2023, 12:46     204

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında əməliyyat keçirilir.

"İnterPosta" məlumata görə, "Sərhəd-sipər” şərti adı altında aparılan əməliyyatlarla əlaqədar şimal-qərb bölgəsinin Zaqatala, Balakən, Qax, Şəki, Qəbələ rayonlarında, həmçinin Azərbaycanın şimal bölgəsini əhatə edən rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.

Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26