Interposta.Info

Abşeron RİH-in vəzifəli şəxsi məhkəmə qarşısına çıxır

 

Ölkə
 16-06-2023, 17:57     120

Abşeron Rayon İcra Hakimiyyətinin həbs edilən vəzifəli şəxsinin istintaqı yekunlaşıb.

Qaynarinfo-nun məlumatına görə, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı cinayət işi yekunlaşdırılaraq, məhkəməyə göndərilib.

İşə iyunun 20-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, istintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Əli Həsənova Cinayət Məcəlləsinin (308-314) - 311.3.3 maddəsinin dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi və yerli özünüidarə orqanlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarinda qulluq mənafeyi əleyhinə olan cinayətləri törətməkdə günahlandırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26