Masazırda kişi arvadını bıçaqlayıb, evdən qaçdı
Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakin, 38 yaşlı Eldəniz Bayramov münaqişə zəminində arvadı 33 yaşlı Gülnarəni bıçaqlayıb. Kişi arvadını bıçaqlayandan sonra evdən qaçıb.
Hazırda polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



