Interposta.Info

Ayxan Hacızadədən Fransa XİN rəhbərinə cavab

Ölkə
 14-06-2023, 20:26     297

"Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir”.

"İnterPosta"xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında qeyd edib.

O, Fransa xarici işlər naziri Katrin Kollonanın bəyanatına münasibət bildirib.

"Görünür, Fransanın xarici işlər nazirinin "blokada” ilə bağlı bəyanatında Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst gediş-gəlişinə məqsədyönlü şəkildə göz yumulur. Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir", - deyə Ayxan Hacızadə vurğulayıb.
Qeyd edək ki, Katrin Kolonan Azərbaycanın Qarabağ regionundakı ermənilərin hər iki istiqamətdə sərbəst hərəkətinə məqsədyönlü şəkildə göz yumduğunu qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26