Interposta.Info

Sosioloq Ərdoğanın hər ailədə azı 5 uşaq təklifinə reaksiya verdi
 

Ölkə
 14-06-2023, 14:50     151

"Ərdoğan deyir ki, əhalinin artımı ölkənin qüdrətinə təsir edir”.

Bunu Qaynarinfo-ya sosioloq Əhməd Qəşəmoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda bir ailədə azı 5 uşaq olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Sosioloq bildirib ki, ailələr ən azı 3 uşaq dünyaya gəlməsi barəsində düşünməlidir. "Amma 5 uşaqlı ailə modeli artıq sitrateji məsələdir. Ölkədə əhali artımı olmalıdır. Bir uşaq ailədə uşaq mühitində böyümür. Bu uşağın psixologiyasına və davranışına təsir edir. İki uşaq olanda isə onlar arasında xeyli münaqişələr yaranır. Ailədə bir və iki uşaq olanda əhali artımı xeyli aşağı düşür. Bir çox ailələr var ki, orada uşaq olmur. Üç uşaq olanda isə problemlər həll olunur. Həm ailədə gözəl uşaq mühiti yaranır, uşaqlar öz aralarında mehribancasına dolanır. Belə olanda ölkədə əhali artımı da tənzimlənir”, deyə Ə. Qəşəmoğlu vurğulayıb.

Sosiloq hesab edir ki, Türkiyə prezidenti məsələyə başqa tərəfdən yanaşıb:

"Ərdoğan tamamilə düz deyir. Ölkədə əhali çox olanda ordusu, işçi qüvvəsi də böyük olur. Amma 5 uşaqlı ailəni saxlamaq üçün ölkə buna hazır olmalıdır. Həmin uşaqların tərbiyyəsini də təkmilləşdirmək lazımdır. Elə etmək lazımıdr ki, dünyaya gələn 5 uşaq ailələrə əziyyət verməsin”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Azərbaycan əhalisinin sayı məsələsinə toxunub. O, "Türkiyədə əhalinin artımı üçün bir ailədə azı 3 uşaq olmasını deyirdim, Azərbaycanda isə bir ailədə azı 5 uşaq olmalıdır” deyə bildirib.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26