Interposta.Info

Hüquqşünasla DİM və Vəkillər Kollegiyası arasında məhkəmə çəkişməsi
 

Ölkə
 10-06-2023, 14:49     386

Hüquqşünas Abdulla Əfəndizadə ilə Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyası arasında məhkəmə çəkişməsi davam edir.

Qaynarinfo xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir.

Abdulla Əfəndizadə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdı. İşə hakim Mehriban Qarayevanın sədrliyi ilə baxılıb.

Nəticə barədə açıq mənbələrdə məlumat olmasa da, Abdulla Əfəndizadənin apellyasiya şikayəti verməsi birinci instansiya məhkəməsinin onun iddiasını təmin etmədiyini düşünməyə əsas verir.

Hüquşünasın şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimin Aytən Oruczadənin icraatındadır.

İşin mahiyyəti isə inzibati orqanların hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Vəkillər Kollegiyasının sədri isə Anar Bağırovdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26