“Azərpoçt” ABA-ya üzv oldu
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” artıq Azərbaycan Banklar Assosiasiyasına üzv qəbul olundu.
“APA-Economics” xəbər verir ki, 8 iyun, 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclas zamanı ABA-ya üzv olmaq hazırda qeyri-bank status daşıyan “Azərpoçt” MMC-nin müraciətinə baxılıb. Müraciət iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilib və poçt operatoru ABA-nın üzvlərinin siyahısına daxil edilib.
Xatırladaq ki, “Azərpoçt” MMC əhaliyə ənənəvi poçt xidmətləri, eyni zamanda, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər və digər maliyyə xidmətləri, eləcə də elektron hökumət və biznes xidmətlərini təqdim edir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26