Interposta.Info

Üç rayonun polis rəisləri dəyişdirildi
 

Ölkə
 6-06-2023, 16:40     182

Bir neçə rayonun polis rəisləri dəyişdirilib.

"İnterPosta" xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərə əsasən, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki R.Qədirov tutduğu vəzifədən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki M.Hüseynov vəzifəsindən azad edilərək Goranboy Rayon Polis Şöbəsinin rəisi, Ağsu Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki F.Abbasov vəzifəsindən azad edilərək Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

DİN-in Mətbuat xidməti məlumatı təsdiqləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26