Interposta.Info

Əvvəl gül toplayır, sonra bol məhsula görə dua edirlər: Zaqatala plantasiyalarından FOTOREPORTAJ

Ölkə
 5-06-2023, 15:06     203

Bu dəstəyə rəhbərlik edən Firuzə Əlixanova deyir ki, işləri səhər tezdən, gün çıxan kimi başlayır:

“Bu zaman gül şehli olur və əsas məqsəd də onun ləçəklərinin şehli yığılmasıdır. Çünki temperatur 25 dərəcədən artıq olan kimi ləçəyin efiri dağılıb gedir”.

Firuzə xanımın sözlərinə görə, mövsüm ərzində elə insanlar var ki, bir ton məhsul yığmağa nail olub.

Bu insanların çəkdiyi əziyyət onların əllərində də iz qoyur - tikanlı gül kolları onların barmaqlarının başını codlaşdırır.

İşimizi tamamlayıb sahədən ayrılmaq istəyirik ki, Danaçı kənd briqadasından maraqlı bir dəvət alırıq. Belə ki, həmin briqada artıq mövsümü rekord gül yığımı ilə başa vurub və bu münasibətlə hədik bayramı təşkil edib. Doğrusu, əsl məhsul bayramının ruhuna uyğun gəldiyini zənn edirik və açılan süfrəni görərkən yanılmadığımızı anlayırıq. 

Danaçı gülyığanlarının dəstə rəhbəri Solmaz Zurovanın təşəbbüsü ilə bir araya gələn insanlar artıq ikinci ildir ki, iməciliyi - el bayramını gül plantasiyasında təşkil edirlər.

Bol məhsul yığımından sonra insanlar müxtəlif şirniyyatlarla süfrəni bəzəyirlər. Xüsusən, bu elin-obanın tarixi xörəklərindən olan hədik və maxara hazırlayaraq bütün komandanı dəvət edirlər. Məclisdə tək Danaçı deyil, digər kəndlərdən də gələnlər var.

Solmaz xanım deyir ki, burada çalışan insanlar bu addımla həm də Allaha təşəkkürünü ifadə edir. Gələn məhsul ili üçün bol-bol dua edib plantasiyadan ayrılırlar.

İnterPosta.info






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26