Interposta.Info

Lənkəranda "Azerçay" ilə Çay Festivalı!

Ölkə
 31-05-2023, 14:54     420

Hər kəsi Lənkəranda doğma çay markamız olan "Azerçay”ın təşkilatçılığı ilə keçiriləcək Çay festivalına dəvət edirik!

Festival iyun ayının 4-ü, 5-i və 6-sı Lənkəran şəhər Heydər Əliyev xatirə parkında açıq havada təşkil ediləcək.

Sənan Şəfizadənin aparıcılığı ilə keçiriləcək festivalda iştirakçıları məşhur müğənnilər, sürpriz hədiyyələr, rəsm müsabiqəsi, şahmat və dama yarışı, nərd

yarışı, maraqlı animasiyalarla dolu əyləncəli bir gün gözləyir.

Rübail Əzimov, Jafarlinsky Band, əməkdar artist Ədalət Şükürov, DJ Elax, "Nənələr qrupu”, müxtəlif rəqs qrupları ilə möhtəşəm 3 gün sizi gözləyir.
Qeyd edək ki, festivala gələn hər kəs "Azerçay” çaylarını dada biləcək.

Hər kəsi bu möhtəşəm festivalda iştirak etməyə və bizimlə birlikdə əylənməyə dəvət edirik.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26