Interposta.Info

Bakıda gecə binalar üzərində dronlar niyə uçur?

Ölkə
 31-05-2023, 09:07     178

Mayın 30-da saat 03:30-dan 04:30-a kimi Bakının mərkəzində bir sıra binalarının üzərində dron uçuşu qeydə alınıb. Bu barədə "Azfront” məlumat və video yayıb.

Bildirilib ki, bir-birinin ardınca qırmızı və yaşıl işıq saçan dronlar bir neçə dəfə binaların damına enib, sonra yenidən havaya qalxıb.

Qeyd edək ki, Azərbaycanda dronlardan fiziki şəxslərin istifadəsinə yalnız xüsusi razılıq ilə icazə verilir. Amma Bakıda gecə uçuşu həyata keçirən dronların icazəli olub-olmadığı, hansı məqsədlə uçuş həyata keçirdiyi bilinmir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26