Interposta.Info

Bakıda xəstəxadan pasiyentin avtomobili qaçırıldı - Polis Sabirabadda tutdu
 

Ölkə
 19-05-2023, 17:37     117

Akademik A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həyətində və "Musabəyov” kimi adlanan parkın səkisindən avtomiləri qaçıran şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə 1983-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Binəqədi rayonu, Gənclər şəhərciyində yaşayan Şaiq (şərti) adlı şəxs tərəfindən törədilib. O, məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 177.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib. Təqsirləndirilən şəxsə həbsdə saxlandığı günlər çıxılmaqla (həbsdə saxlanmanın 1 günü 2 gün hesablanır) 1 il 6 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Şaiq qardaşının avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olub. O, A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müştəri aparıb. Xəstəxananın həyətində "Tofaş Şahin” markalı qara rəngli avtomobilin dayandığını görüb. Avtomobilin sahibi ağciyərində olan problemlərlə əlaqədar xəstəxanaya gedib. Onun xəstəxanada öldüyünü düşünən Şaiq avtomobili qaçırıb.



Təqsirləndirilən şəxs daha sonra Yasamal rayonu Musabəyov parkının yaxınlığına park edilmiş "Tofaş Şahin" markalı avtomobili də qaçırıb. Maşının yük yerindən içərisində 850 manat nağd pulu, 2 ədəd 40 manat dəyərində "Sport" markalı idman çantasının içərisində ümumi dəyəri 2320 manat olan paltarları da götürüb.

O, oğurladığı avtomobili qardaşı və anasına kreditlə aldığını deyib. Üstəlik "avtomobilin radarı var deyib", qardaşının avtomobilinin nömrəsini "Tofaş Şahin”nə bağlayaraq ailəsi ilə birlikdə atasının ildönümü ilə əlaqədar Beyləqan rayonuna yollanıb.

Sabirabad rayonu ərazisindəki polis postundan keçdikdən 200-300 metr sonra Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Artıq o, başa düşüb ki, polis onu axtarır. Şaiq anası və qardaşının oturduğu avtomobildən düşərək kəndin arası ilə qaçaraq polislərdən uzaqlaşıb. Sonradan magistral yola çıxaraq tanımadığı maşınla Bakıya qayıdıb. Bakıda isə polisə təslim olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26