Interposta.Info

Bakıda dəhşətli qəza - 2 sərnişin yanaraq öldü (FOTO)

Ölkə
 13-05-2023, 10:51     161


Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"İnterPosta" report-a istinadən xəbər verir ki, Binə qəsəbəsində "Chevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub.

Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb.

Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Ölənlərdən biri 42 yaşlı Məmmədağa adlı şəxsdir.

Hadisənin təfərrüatı araşdırılır.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26