Interposta.Info

Bu müəllimlər sertifikasiyadan azad olunur - Deputat

Ölkə
 3-05-2023, 17:05     124

"60 yaşı tamam olan müəllimlər sertifikatlaşdırmadan azad olunacaqlar”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, müəllim yalnız öz istəyi ilə sertifikaşladırmada iştirak edə bilər”.

"Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu günki iclasında "Əmək Məcəlləsi” və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklər müzakirə edildi. Layihələr komitə tərəfindən dəstəkləndi və plenar iclasa tövsiyyə olundu. Yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni, dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa o heç bir halda məcburi sertifikatlaşdırmağa cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikaşladırmada iştirak edə bilər”.

Deputat iclasda sertifikalaşdırma prosesinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb:

"Əvəlla, müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da belə meyarların sayının artırılmasına ehtiyac var. Sertifikalaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır. İkincisi, sertifikatlaşdırmada differensial yanaşma daha məqsədəuyğun olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər, yaxud müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər”.

Vüqar Bayramov qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə təhsil sektorunun inkişafı ilə bağlı mütəmadi faydalı müzakirələrin aparıldığını və təkiflərlərə hər zaman diqqətlə yanaşdıqlarını vurğulayıb:

"Əminik ki, sertifikatlaşdırmanin təkimilləşdirilməsi ilə əlaqədar da səmərəli fikir mübadiləsi aparılacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26