Interposta.Info

Məhluqə Rəhimovaya 1 milyon manat pul "atıblar"

Ölkə
 1-05-2023, 12:25     120

Azərbaycanda "Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimovanın 1 milyon manat pulunu mənimsəyən şəxs axtarışa verilib.

"İnterPosta" xəbər verir ki, bu barədə lent.az-a Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, Nadirov Ramis Mövlud oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.

Onun barəsində axtarış elan olunub.

Qeyd edək ki, M.Rəhimovaya qarşı dələduzluq edilməsi barədə bir neçə il əvvəl mediada məlumatlar yayılmışdı.

Mətbuata danışan Məhluqə Rəhimova qeyd edib ki, Bakı şəhər sakinləri – 1950-ci il təvəllüdlü İslam Qulam oğlu Süaci və 1957-ci il təvəllüdlü Ramis

Mövlüd oğlu Nadirov 1 milyon manata yaxın pulunu mənimsəyiblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26