Interposta.Info

"Nar”dan bölgələr üçün sərfəli tarif: “Yerlim+”

Ölkə
 28-04-2023, 23:06     362

"Nar” bölgələrdə daha rahat və sərfəli ünsiyyət üçün yeni "Yerlim+” tarifini təqdim edib. İndi cəmi 4 AZN ödəməklə abunəçilər 100 ölkədaxili danışıq dəqiqəsi, 300 MB internet və WhatsApp-da pulsuz yazışma əldə edəcək. Tarifi aktivləşdirmək üçün "Nar”ın bölgələrdə olan satış və xidmət mərkəzlərinə yaxınlaşaraq yeni nömrə almaq lazımdır.

Yerlim+ tarifinin təqdim etdiyi danışıq dəqiqələrini olduğunuz bölgədən ölkədaxili bütün istiqamətlərdə istifadə edə bilərsiniz. Yerlim+ tarifi ilə bağlı daha ətraflı məlumatı buradan əldə etmək mümkündür.

"Nar” müştəriyönümlülük siyasətinə sadiq qalaraq, abunəçilərinin rahat ünsiyyəti üçün müxtəlif ehtiyaclara uyğun fərqli tariflər təqdim edir.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26