Interposta.Info

Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlayır

 

Ölkə
 13-04-2023, 20:46     399

Avropa İttifaqının bir gün əvvəlki bəyanatına istinad edən Baş nazirin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması bir sıra qərəzli məqamları ehtiva edir.

"İnterPosta" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş naziri Paşinyanın 13 aprel tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.

"Belə ki, Ermənistan Baş nazirinə xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan işğal siyasəti nəticəsində, 1990-cı ildə Kərki və Bağanis Ayrım kəndləri Ermənistan tərəfindən işğal edilib. Bununla yanaşı, Ermənistanın Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrinin çıxırmaması, 8 Azərbaycan kəndini işğal altında saxlaması məlumdur. Bu xüsusda, Baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir”, - Ayxan Hacızadə qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26