Interposta.Info

Sərhəddə təxribat: Ermənistanı kim təhrik etdi və məqsəd nədir?

Ölkə
 12-04-2023, 16:56     147

"Ermənilərin bu təxribatının əsas məqsədi Azərbaycanın Laçın ətrafında yaratdığı 4 post arasında mövcud olan əlaqəni kəsməkdən ibarət olub”.

Bunu "İnterPosta"-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın Gorus rayonunun Dığ yaşayış məntəqəsindəki mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini intensiv atəşə tutmasına münasibət bildirərkən deyib.

"Erməni əsgərləri həmin postlara yaxınlaşaraq, özləri üçün yeni müdafiə istehkamları yaratmağa cəhd etdi. Onlar əmin idilər ki, Azərbaycan Ordusu bununla razılaşmayacaq və prosesə müdaxilə edəcək. Belə də oldu. Danışıq üçün gələn Azərbaycan əsgərlərinə məhz ermənilər atəş açıb. Bu isə əvvəlcədən hazırlanmış təxribat idi, deyə politoloq bildirib.

Həmsöhbətimiz bildirir ki, təxribatın təhrikedicisi isə İran olub:

Sərhəddə təxribat: Ermənistanı kim təhrik etdi və məqsəd nədir?


"Bu cür hərbi toqquşmadan sonra Azərbaycanın necə davranacağı ilə bağlı İrəvanda müəyyən şübhələr var idi. Yəni, hərbi toqquşmalar böyüyə və Azərbaycan adekvat olaraq daha genişmiqyasda hərbi əməliyyat keçirə bilərdi. Bu kontekstdə Ermənistanı müdafiə edə biləcək güc rolunda Aİ, Fransa, ABŞ, hətta Rusiyanın çıxış etməyəcəyi bəlli idi. Çünki həmin güc mərkəzlərinin indiki vəziyyətdə Azərbaycan və Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmədiyi bəllidir. Ermənilərə kənardan dəstək verəcək yeganə ağılsız güc İrandır. Bu mənada Ermənistan Təhlükəsizlik Şurası katibi Qriqoryanın İrana son səfəri diqqəti cəlb edir. Düşünürəm ki, məhz bu səfər və orada keçirilən görüşlər nəticəsində Azərbaycana qarşı təxribat və ondan doğa biləcək konkret nəticələrlə bağlı razılıq əldə olunub. Hərbi toqquşma başlayan andan İranın kəşfiyyat PUA-ları Azərbaycan-Ermənistan-İran sərhədində dərhal havaya qaldırıldı. Həmin PUA-lar isə kəşfiyyat informasiyasını tək İrana ötürməyib, Ermənistana da verib. Bu faktın özü də göstərir ki, məsələni tətikləyən, kənardan dəstəkləyən İran olub”.

Ekspert qeyd edir ki, İran bununla həm də Qərbin dəstəyilə tərəflər arasında yaxın bir ay ərzində keçirilməsi gözlənilən Brüssel və Vaşinqton danışıqlarını da pozmağı düşünüb: "Ancaq konkret nəticələr əldə edə bilməyiblər”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26