Interposta.Info

Ordumuzun məhv etdiyi düşmən əsgərlərinin sayı açıqlandı - Korpus komandiri ağır yaralanıb

Gündəm
 11-04-2023, 18:33     495

Xəbər verdiyimiz kimi, bu gün erməni silahlı birləşmələri Azərbaycanla sərhəddə növbəti təxribatı törədib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Ordumuzun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Qaynarinfo xəbər verir ki, "Hraparak” qəzeti Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisinin öldüyünü, çoxlu sayda yaralının olduğunu yazıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.

Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində yaralananlardan biri Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyandır. Onun vəziyyəti ağırdır. Armen Gözləyan Gorusda yerləşən tibb mərkəzində cərrahiyyə əməliyyatı olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26