Sumqayıt sakinlərindən icra hakimiyyətinə etiraz: “Xalqın çörəyini yeyib kabinetdə otururlar” - VİDEO
Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində sakinlər nişanlanma xətləri silinmiş piyada keçidindən istifadə etmək məcuriyyətindədirlər.
Yararsız hala düşən piyada keçidi sakinlərin həyatı üçün ciddi təhlükə yaradır.
Onların sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, sakinlərin problemi ilə maraqlanan yoxdur:
“İcra hakimiyyəti heç nə etmir. Xalqın çörəyini yeyib kabinetdə otururlar. Onlar ancaq kabinetdə oturmaq üçün yaranıblar”.
Baku.TV-nin süjetində:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26