Şagirdə döşəmə sildirilən məktəbin direktorla bağlı qərar verildi
Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbdə dərsə gecikən şagirdi cəzalandıran müəllimdən xəbər var.
"İnterPosta" xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərsə gecikən şagirdə cəza verən müəllimlə profilaktik söhbət aparılıb. Məktəbin direktoru Elnura Cavadzadəyə isə töhmət verilib.
Eyni zamanda, şagirdlə də profilaktik söhbət aparılıb.
Qeyd edək ki, bir müddət əvvəl Abşeron rayonunda məktəbli dərsə gecikdiyi üçün müəllimə ona məktəbin döşəməsini sildirib. Növbəti dəfə gecikmə olarsa, şagirdə məktəbin tualetinin də döşəməsini siləcəyi barədə xəbərdarlıq edilib.
Şagirdin bacısı iddia edib ki, qardaşı döşəməni silərkən müəllimi video da çəkib. Eyni zamanda, müəllim də iddia etmişdi ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26