Interposta.Info

Azərbaycanda bank binası satışa çıxarılır
 

Ölkə
 3-04-2023, 21:44     140

Aprelin 27-də "Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.


"InterPosta” xəbər verir ki, daşınmaz əmlak Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 32A ünvanında istifadədə olan 0,0261 hektar torpaq sahəsində yerləşən (ü/s 278,90 kv.m) qeyri-yaşayış binasıdır.

Daşınmaz əmlakın ilkin satış qiyməti 420 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26