Interposta.Info

İstehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsi qadağan edildi

 

Ölkə
 29-03-2023, 22:39     533

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26