Interposta.Info

Bakıda şirkətə basqın: Şüşələri qırıb...
 

Ölkə
 7-03-2023, 16:17     114

Bakıda şirkətə basqın olub.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən "HN-Construction” şirkətinə basqın edən 2 nəfər ofisin şüşələrini sındıraraq, əmlakı zədələyiblər.


Nəticədə şirkətə 2 min manatdan çox ziyan dəyib. İlkin məlumata görə, hadisəni Aqşin və Əli adlı şəxslər törədiblər. Bu barədə polisə məlumat verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26