Interposta.Info

“Azərişıq” Ağcabədinin 2 kəndinin elektrik şəbəkəsini yenidən qurur

Ölkə
 3-03-2023, 14:57     187

"Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Pərioğullar və Hacıbədəlli kəndlərinin elektrik şəbəkəsi yenilənir.

"İnterPosta"-nın Səhmdar Cəmiyyətə istinadən verdiyi məlumata görə, yenidənqurma nəticəsində 396 abonenti olan Pərioğullar kəndində 4 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 28 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.

Ağcabədinin Hacıbədəlli kəndində də yenilənmə işləri davam etdirilir. 843 abonenti olan kənd ərazisində 9 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 22 km-a yaxın 10 kV-luq, 32 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Pərioğullar və Hacıbədəlli kəndində işlərin yekunlaşması ilə 1 300-ə yaxın abonent keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz ediləcək. Qeyd edək ki, investisiya layihəsinin birinci mərhələsində Ağcabədinin Mehrablı, Ağabəyli, Cəfərbəyli, Şənlik və Qaradolaq kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26