"Lombard mafiyası"nın işi Ali Məhkəmədə
Bakıda baş verən "lombard dələduzluğu” ilə bağlı cinayət işi Ali Məhkəmədə də araşdırılacaq.
Qaynarinfo-ya daxil olan məlumata görə, zərərçəkənlər Ali Məhkəməyə kassasiya şikayəti təqdim ediblər.
Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. 1 iyun 2023-cü il tarixə iş üzrə baxış iclası təyin edilib.
Bakıda baş vermiş bu dələduzluq əməlinə görə 3 nəfər məhkumluq həyatı yaşayır. Onlar Xanməmmədova Nailə Rasim qızı, Mustafayeva Xeyransa Mahmud qızı və Şamilov Aqil İslam oğludur. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli biliniblər.
Ətraflı
İş üzrə 11 zərərçəkmiş var. Onlar dəymiş zərərin ödənilməsini tələb edirlər.
İddialara görə, dələduzluq əməlinin üstü Nailə Xanməmmədovanın Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığı şikayətdən sonra açılıb. Polis dərhal hərəkətə keçərək, Aqil Şamilovla Xeyransa Mustafayevanı saxlayıb. Lakin sonradan bəlli olub ki, Nailə Xanməmmədova da bu işdə xüsusi rolu olanlardan biridir.
Onu da qeyd edək ki, bu hadisənin fiqurantları mediada "lombard mafiyası”nın təmsilçiləri kimi təqdim edilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26