Interposta.Info

Azərbaycanda kişi qadının qulağını kəsdi, ərini və nəvəsini bıçaqladı: “Cinlər mənə dedi ki...”

Ölkə / Manşet
 24-02-2023, 09:35     243

Şəmkir rayonunda ruhi-əsəb dispanserində müalicə almış şəxs qonşularına xəsarət yetirib.

F.Məmmədov adlı şəxs qonşusunun evinə gələrək, onlara bıçaq zərbələri endirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub:

“Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, araşdırmalar nəticəsində qeyd olunan şəxslərə xəsarətləri yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, o, ifadəsində “Cinlər mənə dedi ki, onları bıçaqlayım”, deyə qeyd edib./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26