Interposta.Info

Bakıda polis maşını minik avtomobili ilə toqquşdu (FOTO)

Ölkə
 9-02-2023, 09:48     234

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi olub.

"İnterPosta" apa-ya istinadən xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, "Honda" markalı minik avtomobili Daxili İşlər Nazirliyinin mühafizə polisinə məxsus "Hyundai” markalı avtomobillə toqquşub.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin təfərrüatı araşdırılır.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26