Son sutkada 2 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 2 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Bu gün koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Vurulan vaksinlərin ümumi sayı 13 937 797, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 097, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 296, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 463, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 941 nəfər təşkil edir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26