Interposta.Info

Bu sürücülər cərimələnəcək (XƏBƏRDARLIQ)

Ölkə
 16-01-2023, 11:35     192

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin Mətbuat xidmətinin yaydığı məlumatda hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının aydın görünməməsinə görə cərimə nəzərdə tutulduğu deyilir: "Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.

Ötən günlərdə ölkə ərazisində müşahidə olunan qarlı, çiskinli hava ilə əlaqədar yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artığından, sürücülər avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdırlar. Lakin, bir sıra hallarda sürücülərin mövcud hava şəraitindən sui-istifadə edərək nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməməsi, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirmələri yolverilməzdir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26