Interposta.Info

Azərbaycanda sabiq icra başçısı vəfat edib

Ölkə
 14-01-2023, 11:04     495

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mübariz Rəcəbov vəfat edib.

O, ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Mübariz Kərim oğlu Rəcəbov 1993-cü il avqustun 9-dan 1999-cu il dekabrın 13-dək Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

O, 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı rayonun ərazisində vətəndaşların seçki hüquqlarının pozulmasına yol verilməsi və seçki prosesinə müdaxilə üçün şərait yaratdığına görə icra başçısı vəzifəsindən azad edilib.|report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26