Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlandı

Qarşıdakı 3 gündə Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, yanvarın 10-da zəif yağan qarın axşama doğru intensivləşəcəyi gözlənilir. Arabir duman olacaq.
Şərq küləyi 3-8 m/s əsəcək.
Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 8-13° şaxta olacaq.
Yanvarın 11-də arabir qar yağacağı, duman olacağı gözlənilir.
Şərq küləyi 3-8 m/s əsəcək.
Havanın temperaturu gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.
Yanvarın 12-də gün ərzində əsasən yağmursuz keçəcək. Arabir duman olacaq.
Şərq küləyi 3-8 m/s əsəcək.
Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 6-11° şaxta olacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26