İstirahət günlərinin hava proqnozu

Həftə sonu Böyük və Kiçik Qafqazda hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "İnterPosta"ya bildirilib ki, Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 13-18, dağlarda gecə 5-8, gündüz 13-18 dərəcə isti olacaq.
Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
Aran rayonlarında hava şəraiti yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq.
Naxçıvan MR-da havanın yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 14-19 dərəcə isti olacaq.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26