Interposta.Info

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşdi

Ölkə / Manşet
 9-12-2022, 18:30     287

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

"İnterPosta" xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərar imzalayıb.

Qərarla 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulan günlər iş günü hesab edilmir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26