Interposta.Info

Öz-özünü zərərsizləşdirən iblislər kimi, “Dağlıq Qarabağ” da mövcud deyil - VİDEO

Ölkə / Manşet
 30-11-2022, 15:55     110

“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə Rusiya Müdafiə Nazirliyinin israrla Azərbaycanın Qarabağ ərazisindəki yer adlarının istifadəsi zamanı erməni kəlmələrindən istifadə etməsinə və erməni siyasətçilərin də bu məqamdan öz cılız məqsədlərinə çatmaq üçün yararlanmağa cəhd göstərmələrinə toxunulur.

Müəllif vurğulayır ki, Ermənistanın siyasət səhnəsində təkrarlanan tezis ondan ibarətdir ki, Azərbaycan öz ərazisində “Dağlıq Qarabağ” adlı ərazi bölgüsünün mövcud olmaması barədə qərarını qəbul etdirə bilmir.

Süjetin müəllifi qeyd edir ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur və xam xəyallarda olan erməni siyasətçilərə Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını diqqətlə oxumağı tövsiyə edir.

İnterPosta.info “Caliber”in növbəti süjetini təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26