Interposta.Info

Evinə girəndə və çıxanda qorxu içində yaşayanlar - Xırdalanda bu bina hər an çökə bilər (VİDEO)

 

Ölkə
 23-11-2022, 11:37     158

Binaya daxil olanda da, çıxanda da həyəcan keçirirlər. Xırdalan şəhəri 27-ci məhəllədəki yaşayış binasında belə bir vəziyyət yaşanır. Sakinlər qorxu içindədir. Çünki, binanın girişin hissəsi hər an çökə bilər.

Binada bu təhlükəni ötən il baş verən partlayış yaradıb. Nə qədər qəribə olsa da, üzərindən kifayət qədər uzun müddət keçib, amma təhlükə aradan qaldırılmayıb.

Məsələ ilə bağlı "ATV Xəbər”in əməkdaşı hadisə yerində olub.

Sakinlərin sözlərinə görə, hadisə baş verəndən bir müddət sonra, binada müəyyən fəsadlar ortaya çıxmağa başladı. Təxminən bir həftə əvvəl isə çıxış hissədə acınacaqlı vəziyyət yaranıb.

2021-ci ilin yanvarın 25-də baş verən partlayışdan sonra qəzalı vəziyyətə düşən binada yaranan təhlükəli vəziyyətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətində də xəbərdardılar. Qrumdan bildirildi ki, problemlə bağlı müraciət məktubu FHN-ə göndəriləcək. Nazirlikdən "ATV Xəbər”ə dedilər ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qısa müddət ərzində müvafiq tədbir görəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26