Interposta.Info

Naxçıvanda qanunsuz yaşayan 38 əcnəbi aşkarlandı

Ölkə
 22-11-2022, 09:32     269

Ötən ay Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 38 əcnəbi aşkarlanıb.

İnterPosta.info xəbər verir ki, bu barədə Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun barələrində müvafiq tədbirlər görülüb.

Dövlət Miqrasiya Xidmətində oktyabr ayında, ümumilikdə, 1184 müraciət qeydə alınıb ki, onlardan 569-u əcnəbiyə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Oktyabr ayında olduğu yer üzrə qeydiyyatla bağlı 615 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 194-ü elektron poçt üzərindən qəbul edilib. Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26