Interposta.Info

Yeni ildə neçə gün tətil olacaq?

Ölkə / Manşet
 12-11-2022, 12:21     479

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar qeyri-iş günləri məlum olub.

"İnterPosta" xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar tarixləri isə yeni ilin gəlişi ilə bağlı qeyri-iş günüdür.

Onu da nəzərinizə çatdıraq ki, 31 dekabr və 1 yanvar şənbə və bazara təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq. Yəni 31 dekabr və 1 yanvar avtomotik olaraq yanvarın 3 və 4-nə keçirilir. Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin hələ ki Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri barədə açıqlaması yoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26