Interposta.Info

Kamran Əliyevdən yüksək vəzifələrə təyinat

Ölkə
 11-11-2022, 11:45     250

Prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.

"İnterPosta-nın Manset.az-a istinadən məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Respublika Baş Prokurorun əmri ilə Sumqayıt hərbi prokurorunun müavini, ədliyyə mayoru Nağıyev Rəşad İlyas oğlu tutduğu vəzifədən azad edilərək, Hərbi Prokurorluğun Təşkilat və İcraya nəzarət şöbəsinə prokuror təyin olunub.

Kamran Əliyevin digər əmri ilə Bakı Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə mayoru Əliyev Elmir Həsən oğlu tutduğu vəzifədən azad olunaraq, Rəşad Nağıyevin yerinə təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26