Interposta.Info

AYB-nin qurultayının keçiriləcəyi yer və vaxt açıqlandı

Ölkə
 13-10-2022, 16:15     216

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı 26 oktyabr saat 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Bu barədə "İnterPosta"AYB-nin saytına istinadən xəbər verir.

Qeyd edilib ki, Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək. 26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək. Qurultay nümayəndlərinin siyahısı "Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26