Interposta.Info

“Əşi, mən də bir nəfərəm də...” - Məmməd Nazimoğlunun təkrarsız yaradıcılığı tədris edilməlidir (VİDEO)

Ölkə
 26-09-2022, 11:24     209

…Eynəkli bir kişi idi. Dizi üstə əyləşdirib başını kötüyün üstünə qoymuşdular. Boynu düz kötüyün ortasına düşmüşdü. Adamın həvəsi gəlirdi: az qalırdı baltanı götürüb eynəkli kişinin boynunu vursun. Amma bizim yerlərdə sənətkarın instrumentinə əl vurmaq "zapodlo” sayılır. Bu işi yalnız ustad özü görməliydi. O isə gəlib çıxmırdı. Arxasınca adam göndərdilər…

Cəllad bütün dünyadan küsüb bikef oturmuşdu. Gələnlər vəziyyəti danışdılar. Söylədilər ki, baş kötüyün üstündə hazır vəziyyətdə dayanıb sizin ifanızı gözləyir.

Cəllad açıldı, nə açıldı: əşi, mən də bir nəfərəm də, çatdıra bilmirəm axı...

…Məmməd Nazimoğlu yaradıcılığındandı bu sətirlər. Bax, belə bir ustad idi Məmməd Nazimoğlu. Belə bir təkrarsız imza idi Məmməd Nazimoğlu. Nə yazdıqlarını oxumaqdan doyardın, nə danışdıqlarını dinləməkdən. Dünyaya doğmaların, dostların, oxucuların ruhunu oxşamaq, ruhuna sığal çəkmək və bəlkə də bir qədər təskinləşdirmək üçün gəlmişdi Məmməd Nazimoğlu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26