Interposta.Info

Bakı-Qazax yolunda iki avtobus toqquşdu: 15 sərnişin xəsarət aldı (YENİLƏNİB)

 

Ölkə / Manşet
 26-09-2022, 11:15     494

Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Bu barədə "İnterPosta"ya TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib.

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcəkdir.

10.50

Ağstafada iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş berib.

"İnterPosta" APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətədə olan "Mersedec Sprinter" və "QAZel" markalı sərnişin avtobuslarının toqquşması nəticəsində 15 sərnişinin xəsarət aldığı bildirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26