Interposta.Info

Anım Günü ilə əlaqədar Laçın müəssisələri II Fəxri Xiyaban ziyarət ediblər - FOTO

Ölkə / Manşet
 21-09-2022, 21:43     500

Anım Günü ilə əlaqədar Laçın müəssisələri II Fəxri Xiyaban ziyarət ediblər.

Azərbaycan Respubilkası Mədəniyyət Nazirliyi, Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın Dövlət Rəsm Qalereyası və Laçın rayon Tarix-Diyarşunaslıq Muzeyi ilə birlikdə 21 sentyabr 2022-ci il tarixdə 27 sentyabr-Anım Günü ilə əlaqədar rayonun bir qrup fəal gəncinin iştirakı ilə II Fəxri Xiyabanda uyuyan, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi yad edildi, məzarı önünə tər çıçəklər qoyuldu.
Rayon gəncləri adından 13 sentyabr 2022-ci il tarixdə Azərbaycan-Ermənistan sərhəddində şəhid olmuş gizir, Vətən müharibəsinin iştirakçısı Səbuhi Əhmədovun məzarı önünə əklil qoyuldu.
Tədbirdə çıxış edən qonaqlar Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsindən, 44 günlük müharibədə və ondan sonrakı dövrlərdə ki, sücaətindən danışıldı. Çıxışlarda şəhidlərin göstərdikləri qəhrəmanlıqlardan, keçdiyi şərəfli döyüş yolundan söz açıldı.
II Fəxri Xiyabanda uyuyan həmyerlilərimiz Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin, Fərid İlyasovun, İlkin Xosrovzadənin, Qərib Baxşalıyevin simasında şəhidlər haqqında gənclərə geniş məlumat verildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin. Ordumuzu və Ali baş Komandan Cənab İlham Əliyevi qorusun!

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26