Interposta.Info

ABŞ Suriyanın Deyr əz-Zor bölgəsində İran mövqelərini vurdu
 

Ölkə
 24-08-2022, 12:11     311

ABŞ Ordusunun Mərkəzi Komandanlığı Co Baydenin əmri ilə ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın Deyr əz-Zor şəhərində İnqilab Keşikçiləri tərəfindən dəstəklənən milislərin infrastruktur obyektlərinə dəqiq zərbələr endirib.

"İnterPosta" bu barədə ABŞ Ordusunun Mərkəzi Komandanlığı - CENCOM-un Twitter səhfəsinə istinadən xəbər verir.

İran silahlı qüvvələrinin şübhəli hərəkətləri və naməlum pilotsuz təyyarənin Əl-Tənf bazasına hücumundan sonra ABŞ ordusu bu gün avqustun 24-ü çərşənbə günü Deyr əz-Zorda SEPAH-a bağlı qrupların obyektlərini və infrastrukturunu hədəfə aldığını açıqlayıb.

Ordunun Mərkəzi Komandanlığı bu səhər verdiyi açıqlamada bu hücumların məqsədinin Amerika qüvvələrini İranın dəstəklədiyi qrupların və milislərin hücumlarından qorumaq olduğunu bildirib.

Qeyd edilir ki, hücumu təsdiqləyən Suriya mənbələri mümkün itkilərlə bağlı hələlik heç bir xəbər dərc etməyiblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26