Interposta.Info

Azərbaycanda mal və qoyun əti 20% bahalaşdı - Ekspert

Ölkə
 17-08-2022, 15:22     429

Azərbaycanda qoyun ətinin qiymətində 20%-ə qədər artım var.

Bu barədə "İnterPosta"-ya kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, mal ətinin də qiymətində 10% artım var:

"Əvvəllər 10 manata satılan sümüklü mal əti hazırda 12 manata satılır. Qoyun əti isə 20% bahalaşıb”.

Salyan rayon sakinlərinin verdiyi məlumata görə, hazırda mal ətinin qiyməti bahalaşaraq 12 manat, sümüksüz mal ət isə 14-15 manat olub.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26