Interposta.Info

TƏBİB-dən Ceyhun Əsgərovun müalicəsi ilə bağlı AÇIQLAMA
 

Ölkə
 5-08-2022, 19:59     298

Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov bu gün sosial şəbəkədə vəziyyətinin yaxşı olmadığı ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki o, 3 saatdır bir xəstəxanada öz hesabına belə yer tapa bilmədiyini paylaşıb.

Media nümayəndələri C.Əsgərovun müalicəsi üçün TƏBİB-ə fasiləsiz olaraq müraciət ünvanlayıblar.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, C. Əsgərova Təcili Tibbi Yardım Briqadası göndərilib:

“Ceyhunla bağlı biz də ən az sizin qədər həssas və narahatıq. İndi də Təcili Tibbi Yardım Briqadası göndərilib. Bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur. Tezliklə şəfa tapmasını diləyirik!”.

İnterPostaa.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26