Interposta.Info

Azərbaycanda maskalı şəxs basqın etdiyi mənzilə od vurdu

Ölkə
 4-08-2022, 17:14     278


Azərbaycanda maskalı şəxs evə basqın edib.

Hadisə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini Sevinc Süleymanovaya məxsus evə girən maskalı şəxs qadını döyərək evdən 40 min manat pul və külli miqdarda qızıl götürüb.

Maskalı şəxs daha sonra evə od vuraraq qaçıb.

Hadisə yerinə polis əməkdaşları gəlib və ev sahibəsinə təcili yardım göstərilib.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir./lent.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26